Biləsuvarda saxlanılan şəxs Sahil Babayevin işçisidir - Onunla bərabər bir neçə vəzifəli şəxs də saxlanılıb

2-09-2020, 19:24           
Biləsuvarda saxlanılan şəxs Sahil Babayevin işçisidir - Onunla bərabər bir neçə vəzifəli şəxs də saxlanılıb
Biləsuvarda saxlanılan şəxs Sahil Babayevin işçisidir
Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları Biləsuvar rayonunda əməliyyat keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Biləsuvar rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Əliyev Fərasim saxlanılıb. Onunla bərabər bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.

Elvin Rüstəmov

****

16:19

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Biləsuvar rayonunda əməliyyat keçirir.

Bu barədə "BakuPost" məlumat yayıb. İddia olunur ki, rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Xatırladaq ki, DTX bu ilin aprelin 29-da Biləsuvarda əməliyyat keçirərək icra başçısı Mahir Quliyevi həbs edib. Avqustun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Qürbətov Biləsuvara icra başçısı təyin olunub.

Əlavə məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru