Valyuta hərracına 150 mln. dollar çıxarılır

27-09-2016, 12:10           
Valyuta hərracına 150 mln. dollar çıxarılır
Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək.
Bank dairələrindən verilən məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 100 mln. dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 mln. dollar vəsait çıxaracaq.
“Report”un analitik qrupu sentyabrın 28-nə AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,6253 olacağını proqnozlaşdırır.
Xatırladaq ki, ötən gün dünən jurnalistlərə açıqlamasında AMB sədri Elman Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru