Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

Bu gün, 15:24           
Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
Yay tətili mövsümü Avropanın hava limanlarında ənənəvi olaraq sıxlıq və gecikmələrlə müşayiət olunur. Lakin bəzi ölkələr turist axınının öhdəsindən digərlərindən daha çətin gəlir.

"Express" nəşrinin "AirAdvisor" platformasının beynəlxalq aviareyslər üzrə yeni təhlilinə istinadən yaydığı məlumata görə, yay aylarında sərnişinlər ən çox Yunanıstan hava limanlarında uzunmüddətli gecikmələrlə (60 dəqiqə və daha çox) üzləşirlər.

2025-ci ilin iyun-sentyabr aylarını əhatə edən statistikaya əsasən, ümumi antireytinqdə ilk yeri İtaliyanın Milan-Berqamo hava limanı tutsa da, reys gecikmələrinin ümumi göstəricilərinə görə Avropada ən problemli vəziyyət məhz Yunanıstanda qeydə alınıb. Belə ki, Kefaloniya, Korfu və Rodos daxil olmaqla yeddi məşhur yunan kurortu ən çox gecikmə yaşanan 20 hava limanı sırasına daxil olub.

Mütəxəssislər bunu Yunanıstanın yay aylarında dünya turistləri arasında son dərəcə populyar olması ilə əlaqələndirirlər. Onların fikrincə, bir çox regional hava limanları artan sərnişin axınına uyğunlaşdırılmayıb və pik mövsümdə imkanlarının son həddində fəaliyyət göstərirlər. Digər aylarda tələbatın aşağı olması səbəbindən bu hava limanlarının genişləndirilməsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.

Ekspertlər həmçinin bildirirlər ki, bir hava limanında yaranan gecikmələr zəncirvari təsir göstərərək gün ərzində digər reyslərin də təxirə salınmasına səbəb olur və bu vəziyyət xüsusilə yay aylarında daha da kəskinləşir.

Avropada reyslərin ən çox gecikdiyi 20 hava limanı

1. "Milan-Bergamo" (İtaliya) – reyslərin 11,96%-i 60 dəqiqədən çox gecikib
2. "Nitsa" (Fransa) – 11,92%
3. "Kefaloniya" (Yunanıstan) – 11,79%
4. "Piza" (İtaliya) – 10,58%
5. "Korfu" (Yunanıstan) – 9,54%
6. "Palma-de-Malyorka" (İspaniya) – 9,33%
7. "Reus" (İspaniya) – 9,13%
8. "Ponta Delqada", Azor adaları (Portuqaliya) – 9,08%
9. "Olbiya", Sardiniya (İtaliya) – 8,71%
10. "Zadar" (Xorvatiya) – 8,65%
11. "Zakintos" (Yunanıstan) – 8,48%
12. "Neapol" (İtaliya) – 8,40%
13. "Xanya" (Yunanıstan) – 8,33%
14. "Pafos" (Kipr) – 7,87%
15. "Kos" (Yunanıstan) – 7,72%
16. "Rodos" (Yunanıstan) – 7,68%
17. "İbiza" (İspaniya) – 7,48%
18. "Alikante" (İspaniya) – 7,27%
19. "Mikonos" (Yunanıstan) – 6,95%
20. "Portu" (Portuqaliya) – 6,88%












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru