Bakıda fəhlə 5-ci mərtəbədən yıxılaraq öldü

19-04-2017, 19:35           

Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.

Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, həmin bina “Amal” MTK tərəfindən inşa olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru