Polis bölməsində müəmmalı ölüm - Azərbaycanda

21-08-2015, 10:03           
Polis bölməsində müəmmalı ölüm - Azərbaycanda
Mingəçevirdə polis bölməsində müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, Mingəçevir şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.

Aktual.az xəbər verir ki, Bəhruz Hacıyev atası Dilsuz Hacıyevin ANS-ə verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb.

Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.

D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.

“Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir”, - deyə D.Hacıyev bildirib.

B.Hacıyevin meyiti xəstəxananın morquna yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]