“Bank of Baku” müştərilərinə BƏD XƏBƏR

30-09-2015, 19:39           
“Bank of Baku” müştərilərinə BƏD XƏBƏR
“Bank of Baku” bütün kredit kartlarını dondurub. Bu barədə Yenicag.az-a daxil olan məlumatda deyilir ki, adı çəkilən bank müştərilərinə verdiyi bütün kredit kartlarını bloklayıb.

Belə ki, kartındakı limitdən istifadə etmək istəyən müştərilər sürprizlə qarşılaşıblar. Məlum olub ki, bank onlara xəbər etmədən bütün kredit kartlarını bloka salıb.

Bank rəsmiləri bunu manatın devalvasiyası ilə əlaqələndiriblər. Müştərilərə verilən məlumatda deyilib ki, nağd pul krediti çəkilə bilən kartların limitləri sıfırlanıb: “Bu bankın özünü devalvasiyadan qoruması ilə əlaqədardır”.

Müştərilərinə qarşı bu addımla bankın öz etibarını necə qoruyacağı sual altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]