Bakı küçələrində insan böyrəyi satılır - FOTOFAKT

1-10-2015, 16:56           

Bakı küçələrində hər şey, nə qədər qorxunc və dəhşətli görünsə də hətta insan əzalarının ticarətinə də rast gəlinir.

Virtualaz.org saytı xəbər verir ki, insan orqanlarının satışına dair elanların fotosu sosial şəbəkələrdə yayılıb. Paytaxt sakinləri bu məzmunda elana küçələrdə bu gün rast gəlib və onun fotosunu çəkərək sosial şəbəkələrdə yayıblar.
Bakı sakinləri bu gün 3 belə elana rast gəliblər. Birinci elanda belə yazılıb: “Böyrək satılır. I qrup, 40 min manat”.
İkinci elanda yazılıb: “Böyrək satılır. II qrup, 50 min manat”.
Üçüncü elanda isə belə məlum olur ki, III qan qrupuna malik donorun böyrəyini 70 min manata almaq olar.
Maraqlıdır ki, hər bir elanın altında müxtəlif mobil telefon nömrələri qeyd edilib.
Həmin elanların fotolarını təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]