Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verdi - Çəkişmə

2-10-2015, 11:49           
Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verdi - Çəkişmə
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qətnamə qəbul edib.

Azərbaycan Ali Məhkəməsi isə işi təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]