İngiltərə çempionatı: "Liverpul" "Vest Hem"ə qalib gələ bilməyib

5-02-2019, 07:54           
İngiltərə çempionatı: "Liverpul" "Vest Hem"ə qalib gələ bilməyib
"Liverpul" futbol komandası İngiltərə çempionatının 25-ci turunun matçında Londonun "Vest Hem" komandasına qalib gələ bilməyib.

"Report" xəbər verir ki, Londonda keçirimiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqların heyətində Sadio Mane fərqlənib. O, 22-ci dəqiqədə hesabı açıb. Lakin meydan sahibləri qısa müddətdə hesabı bərabərləşdirməyə nail olublar. Maykl Antonio 6 dəqiqə sonra komandasının yeganə qolunu vurub.

"Liverpul" İngiltərə Premyer Liqasında 25 turdan sonra "Mançester Siti"ni 3 xalla (62 xal) qabaqlayaraq turnir cədvəlində liderlik edir. "Vest-Hemi" isə siyahıda 12-ci yerdə (32 xal) qərarlaşıb.

Daha əvvəl “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru