Banan yeyib qol vurdu

12-02-2020, 07:27           
Banan yeyib qol vurdu
O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib.

Argentina Superliqasının 19-cu turunda "Rasinq" və "İndependente" arasında keçirilən matçda maraqlı hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, "Rasinq"in çilili yarımmüdafiəçisi Marselo Dias qarşılaşmanın fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib. Maraqlıdır ki, futbolçu görüşdə yeganə qolun müəllifi olub. O, görüşün 86-cı dəqiqəsində fərqlənib.

​Qeyd edək ki, 33 yaşlı Marselo Dias 2012-2017-ci illərdə Avropanın "Bazel", "Hamburq", "Selta" kimi klublarında top qovub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru