"Real" öz meydanında büdrəyib

17-02-2020, 03:23           
"Real" öz meydanında büdrəyib
İspaniya La Liqasında XXIV turun daha 4 matçı keçirilib.

Apasport.az saytının məlumatına görə, ilk olaraq "Sevilya" meydana çıxıb.

Zirvə yarışından uzaqlaşan əndəlüs təmsilçisi doğma arenasında autsayderlər zonasında yer alan "Espanyol"la görüşdə hesabı açsa da, özü məğlubiyyətdən son dəqiqələrdə vurduğu qol sayəsində qurtulub.

Lider "Real" isə digər autsayder "Selta"nı qəbul edib. "Kral klubu" hesabda geridə düşdükdən sonra vəziyyəti lehinə çevirsə də, son dəqiqələrdə qol buraxaraq, 2 xal itirib.

Turun "Eybar" - "Real Sosyedad" görüşü təxirə salınıb.

İspaniya La Liqası
XXIV tur
16 fevral
"Sevilya" - "Espanyol" - 2:2
Okampos, 15; Suso, 80 - Embarba, 35; Vu Li, 50
"Leqanes" - "Betis" - 0:0
"Atletik" - "Osasuna" - 0:1
Oyer, 29
"Real" - "Selta" - 2:2
Kroos, 52; Ramos, 65 (pen.) - Smolov, 7; Mina, 85












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru