Çempionlar Liqasının 2 oyunu təxirə salındı

13-03-2020, 02:42           
Çempionlar Liqasının 2 oyunu təxirə salındı
Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" və "Real Madrid", "Lion" və "Yuventus" komandaları arasında martın 17-də keçirilməsi nəzərdə tutulan cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb.

Publika.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Hələlik matçların yeni tarixi barədə açıqlama verilməyib.

İlk oyunda "Mançester Siti" səfərdə "Real Madrid"i 2:1, "Lion" isə evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru