Serbiya prezidenti “Real”ın oyunçusunu həbslə hədələdi

21-03-2020, 05:42           
Serbiya prezidenti “Real”ın oyunçusunu həbslə hədələdi
Serbiya hakimiyyəti koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantinə əhəmiyyət verməyərək ölkəyə qayıdan “Real”ın hücumçusu Luka Yoviçin davranışını tənqid edib.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

"Təəssüf ki, bizim futbol ulduzlarımızın yol verdikləri mənfi nümunələr var. Onlar milyonlar qazanırlar və evə qayıdış üzrə özünü təcridetmə haqqında məcburi əmrlərə məhəl qoymurlar”, - Serbiyanın baş naziri An Brnabiç deyib.

Serbiya prezidenti Aleksandr Vuçiç futbolçuya karantini pozacağı halda saxlanıla biləcəyi barədə xəbərdarlıq edib.

"Əgər mənzilindən çıxsa, onu həbs edəcəklər. Düşünürəm, etdiyi əməllə bağlı heyfsilənir, amma mən ona bizim vətəndaşlarımızın həyatının onun milyonlarından daha əhəmiyyətli olduğunu anladacam", - dövlət başçısı deyib.

Yoviç bildirib ki, Serbiyadakı ciddi karantin qaydaları haqqında məlumatsız olub. "Çox təəssüf ki, bəzi insanlar öz işlərini yerinə yetirmədilər və mənə karantin zamanı hərəkət etmək barədə düzgün təlimatlar vermədilər", - futbolçu deyib.

Yoviç karantin qaydalarını pozduğuna görə azarkeşlər qarşısında üzr istəyib. Daha əvvəl xarici KİV-də xəbər yayılıb ki, Yoviç koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantin zərurətinə əhəmiyyət verməyərək ölkəyə qayıtmaq qərarı ilə Serbiya azarkeşlərini qəzəbləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru