"İnternasional" futbol klubunun prezidenti koronavirusa yoluxdu

21-03-2020, 08:25           
"İnternasional" futbol klubunun prezidenti koronavirusa yoluxdu
Braziliyanın "İnternasional" klubunun prezidenti Marselo Medeyrosda koronavirus əlamətləri aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə o, özünün "Twitter”dəki səhifəsində bildirib.

"Dostlar, mən testin nəticəsini aldım və o təsdiq edir ki, məndə COVID-19 var. Səhiyyə müəssisəsi tərəfindən göstərilmiş qaydalara əməl edərək növbəti iki həftə ərzində təcridetmədə olacağam. Ailə, dostlar və klubun başqa üzvləri artıq profilaktik tədbirlər görüb.

Mən son bir neçə gündə yüzlərlə təşəkkür məktubu almışam. Gəlin problemi sakit və birlikdə həll edək", - Medeyros sosial şəbəkədə yazıb.

COVID-19 infeksiyası ötən ilin sonunda Çində qeydə alınıb. Dünyada koronavirusa yoluxanların ümumi sayı 234 min nəfərə çatıb. Həmçinin 9 840 ölüm hadisəsi haqqında bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru