UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi

5-04-2020, 08:42           
UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi
UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib.

Sloveniyalı funksioner deyib ki, Çempionlar Liqası və Avropa Liqasındakı qalan qarşılaşmaları milli çempionatların keçirildiyi günlərdə də oynamaq olar: "Vəziyyət fövqəladədir. Biz möhkəm olmalıyıq. Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru