Yozef Blatterlə Mişel Platininin cəza müddəti qısaldılıb

25-02-2016, 00:50           
Yozef Blatterlə Mişel Platininin cəza müddəti qısaldılıb
FİFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin apellyasiyaları təmin olunmayıb. "Report"un məlumatına görə, bu barədə FİFA Apellyasiya Komitəsi qərar verib.
Lakin hər iki şəxsin futboldan kənarlaşdırılma müddəti 8 ildən 6 ilə endirilib. İndi onlar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, Yozef Blatterlə Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]