Rövnəq Abdullayev seçkiyə tək gedir

26-02-2016, 20:25           
Rövnəq Abdullayev seçkiyə tək gedir
Martın 11-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında baş tutacaq prezident seçkilərində R.Abdullayev yeganə namizəd olacaq.

Belə ki, bu vəzifəyə namizədliyin verilməsi üçün müddət başa çatsa da, hazırkı prezidentdən başqa heç bir iddiaçı qeydə alınmayıb. Bu isə o deməkdi ki, 2008 və 2012-ci illərdə assosiasiyaya rəhbər seçilən Abdullayev bu dəfə rəqibsiz qalıb. Prezident postuna alternativ variant olmadığından onun vəzifəsində qalacağı seçkilər baş tutmamış dəqiqləşib.

Qeyd edək ki, Abdullayev AFFA-nın sayca 3-cü prezidentidir. Onadək bu postu Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2004-2007) tutublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]