“Böyük oyun”un hakimi bilindi

9-03-2016, 01:48           
“Böyük oyun”un hakimi bilindi
Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları üçün bütün təyinatlar müəyyənləşib. ANS PRESS-in məlumatına görə, sabah baş tutacaq 4 oyuna aşağıdakı hakimlər təyinat alıb.

İlk olaraq "İnter" - "Rəvan" oyunu start götürəcək. Günün sonuncu qarşılaşmasında əzəli rəqiblər "Neftçi" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək.

Bu klublar arasında keçirilən ilk oyun 3:2 "Xəzər Lənkəran"nın qələbəsiylə başa çatıb. "Neftçi" və "Xəzər Lənkəran"ın iştirakı ilə keçiriləcək "Böyük oyun" FİFA referisi Rəhim Həsənova tapşırılıb.


9 mart (çərşənbə)

"İnter” – "Rəvan”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov

"İnter Arena”, 14:00

"Sumqayıt” – "Qarabağ”

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov

"Kapital Bank Arena”, 15:00

"Neftçi” – "Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov

"Bakcell Arena”, 17:30

"Qəbələ” – "Zirə”

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu, 15:00












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru