Rus idmançıların qələbə səbəbi faş oldu - Video

10-03-2016, 23:56           

Bir neçə gün öncə Rusiyanın məşhur tennisçisi Mariya Şarapova dopinqdən istifadə etdiyini etiraf edib.

Axar.az xəbər verir ki, Şarapova 10 il ərzində səhhətindəki problemlərə görə qadağan olunmuş meldonium dərmanını qəbul etdiyini bildirib.

Sözügedən dərman 1 yanvar 2016-cı ildə idmançılara qadağan olunub. Meldonium 40 il əvvəl Latviyada hazırlanıb. Dərman daha çox MDB-də yayılıb və idmançılar məşqlər zamanı ürəyə yükün düşməsini azaltmaq üçün ondan istifadə edirlər.

Şarapovaya qədər isə Rusiyanın fiqurlu konki sürmə idmanı üzrə Olimpiya çempionu Yekaterina Bobrovada, şort-trek konkisürmə üzrə Semyon Elistratov və Yekaterina Konstantində, velosipedçi Eduard Vorqanov, voleybolçu Aleksandr Markin, sürətli konki idmanı üzrə Pavel Kulijnikovda da bu maddə aşkarlanıb.

Bütün idmançılar yarışlardan uzaqlaşdırılmaqla üz-üzədir.

Şarapovanın Braziliyianın Rio şəhərində keçiriləcək Olimpiadanı buraxa biləcəyi bildirilir.
[media=https://www.youtube.com/watch?v=3rl-OZYCpB4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]