Hacı Əliyev: Bir yumruqla erməniyə başa saldım ki, bu, güləşdir - VİDEO

11-03-2016, 14:21           
Hacı Əliyev: Bir yumruqla erməniyə başa saldım ki, bu, güləşdir - VİDEO
Gürcüstan idmançısına məğlub oldum. Taktiki cəhətdən bir az səhvə yol verdim, düzgün qurmadım görüşü və ona görə də məğlub oldum.

Lakin mən düşünürəm ki, o idmançıya qalib gələ bilərdim. Qarşıda yarışlar var, yəqin ki, yenə qarşılacağıq, çalışacağım ki, buraxdığım səhvləri gələn yarışlarda təkrarlamayım.

Oxu.Az xəbər verir ki, bunu Riqada (Latviya) güləş üzrə Avropa çempionatının bürünc medalçısı, Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

Qeyd edək ki, yarımfinalda gürcü Vladimer Kinçeqaşviliyə uduzan həmyerlimiz bürünc medal uğrunda erməni Valodya Franqulyanı qarşılaşıb və ona heç bir aman verməyərək, 7:0 hesabı ilə qalib gəlib:

“Erməni idmançısı ilə bir dəfə qarşılaşmışdım, bir dəfə qalib gəlmişdim. Bu dəfə erməni mənə qalib gəlmək istəyirdi. Lakin şükürlər olsun Allaha ki, buna imkan vermədim. O, xalçada məğlub olarkən güləşə zidd hərəkətlər edirdi – altdan-altdan yumruq atırdı.

Sona yaxın artıq mən də bir yumruqla ona başa saldım ki, bu, güləşməkdir. Yəni, xalçada belə şeylər olur. Çox sevinirəm ki, düşmən ölkə olan Ermənistan idmançısına qalib gələ bildim”, - deyə, Hacı bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]