Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin səfiri qəzaya düşüb - VİDEO

20-03-2016, 13:59           
Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin səfiri qəzaya düşüb - VİDEO
Formula 1 üzrə Avstraliya Qran Prisinin 18-ci dövrəsində ciddi qəza baş verib. "Report"un məlumatına görə, yürüş qırmızı bayraqlarla dayandırılıb.

"Maklaren" pilotu, ispaniyalı Fernando Alonso "Zauber"dəki həmkarı, meksikalı Esteban Qutyerresi ötməyə çalışarkən, öz avtomobilini əzib. Maşın trasdan kənara uçaraq, hasara dəydikdən sonra çevrilib və təkərləri yerindən çıxıb. Alonsonun özü zədələnməyib.

Yürüşə nəzarət edən şəxslər qəzanın nəticələrinin aradan qaldırılması üçün Qran Prini qırmızı bayraqlarla dayandırmağı qərara alıblar. Bir müddət sonra yürüş bərpa olunub. Hazırda "Ferrari" pilosu Sebastyan Fettel irəlidədir.

Qeyd edək ki, Fernando Alonso 17 - 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiridir.
[media=https://www.youtube.com/watch?v=ljMm1mu5I2s]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru