Dik Advokat İraq millisinin baş məşqçisi postundan istefa verdi - FOTO

24-11-2021, 08:16           
Dik Advokat İraq millisinin baş məşqçisi postundan istefa verdi - FOTO
İraq millisinin baş məşqçisi niderlandlı Dik Advokat tutduğu vəzifədən istefa verib.

Bu barədə “Soccer Iraq” “Twitter” səhifəsindən məlumat yayılıb.

74 yaşlı mütəxəssis Qətərdə keçiriləcək dünya çempionatının seçmə turnirində komanda ilə birgə çalışıb. Onun rəhbərlik etdiyi kollektiv 6 oyundan 4 xal toplayıb. Seçmə mərhələsinin başa çatmasına isə 4 oyun qalıb.

Qeyd edək ki, İran, Cənubi Koreya, BƏƏ, Livan və Suriya da İraqla qrupdadır. İraq millisi altı komanda arasında beşinci yerdədir.

Qeyd edək ki, Dik Advokat məşqçilik karyerasını 7 dəfə başa vurub. Sonuncu dəfə o, bunu 2021-ci ilin mayında “Feyenoord”-u çalışdırarkən elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru