İdmançımız erməniyə qalib gələrək - Avropa çempionu oldu

15-05-2016, 02:33           
İdmançımız erməniyə qalib gələrək - Avropa çempionu oldu
Azərbaycan samboçusu Amil Qasımov Rusiyanın Kazan şəhərində keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatının qalibi olub.

74 kq. çəki dərəcəsində çıxış edən Amil Qasımov qızıl medala gedən yolda erməni əsilli Ukrayna idmançısını məğlub edib.

İdman sambosu. Kişilər. 74 kq.

1. Amil Qasımov (AZƏRBAYCAN)

2. Artur Sarkisyan (Ukrayna)

3. Dmitri Smolin (Belarus) və Arsen Qazaryan (Ermənistan).

Avropa çempionatına mayın 15-də yekun vurulacaq.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]