2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb

3-01-2024, 11:38           
2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb
2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Mövsümün əvvəlində İtaliyanın "İnter" klubundan "Roma"ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.

İngiltərənin "Mançester Siti" komandasının və Norveç millisinin oyunçusu Erlinq Holann 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi "Portu"da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru