"Bavariya" Almaniya çempionatını pivə "duş"u ilə başa vurub - VİDEO

21-05-2017, 08:09           
"Bavariya" Almaniya çempionatını pivə "duş"u ilə başa vurub - VİDEO
Münhen "Bavariya"sının futbolçuları Almaniya çempionatının son oyununda da qələbə qazanıblar və növbəti çempionluqlarını bayram ediblər.
"Report" xəbər verir ki, idmançıların bayram şənliyini nümayiş etdirən videogörüntülər klubun "Youtube"dakı rəsmi kanalına yerləşdirilib.
Münhenlilərin "Fraysburq"la 4:1 hesablı qələbə matçından sonra futbolçular və məşqçi heyəti bir-birlərinin üstünə pivə töküblər. Onlar arasında ən fəalları isə Filip Lam və Habi Alonso olub. Bu görüş karyeralarını başa vuran futbolçular üçün sonuncu olub.
Münhen "Bavariya"sı 27-ci dəfə Almaniyanın çempionu adını qazanıb. Klub 2016/17 turnirinin başa çatımasına 3 tur qalmış liderliyə yüksəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru