Bağlanış mərasimində Azərbaycanın komandasının bayraqdarı açıqlanıb

21-05-2017, 08:22           
Bağlanış mərasimində Azərbaycanın komandasının bayraqdarı açıqlanıb
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.


Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.


Onun sözlərinə görə, bu funksiyanı dünya və Avropa çempionu Elxan Məmmədov yerinə yetirəcək. Bağlanış mərasimi mayın 22-də olacaq.


Qeyd edək ki, Elxan Məmmədov İslamiadada 100 kq çəki dərəcəsində qızıl medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru