Avropa Liqasının kuboku Mançesterə getdi

25-05-2017, 08:10           
Avropa Liqasının kuboku Mançesterə getdi
Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib.

APA-nın məlumatına görə, həlledici qarşılaşmada Stokholmda “Ayaks” və “Mançester Yunayted” qarşılaşıb.

Görüş Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, ilk dəfə Avropa Liqasının qalibi olan “Mançester Yunayted” növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.

Avropa Liqası
Final

“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2
Qollar: Poqba, 18, Mxitaryan, 48
[media=https://www.youtube.com/watch?v=6C7gZSZ03e4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru