Sumqayıtda ər arvadını qətlə yetirib (FOTO)

6-11-2015, 23:41           
Sumqayıtda ər arvadını qətlə yetirib (FOTO)
Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib. 27 saylı binanın 40-cı mənizlində kirayədə yaşayan Qubadlı rayon sakini Xəqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxtdən götürdüyü bıçaqla arvadı, 27 yaşlı Ramiləyə çoxsaylı zərbələr vurub. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ilkin dindirmə zamanmı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru