Bu ərazilərdə qaz olmayacaq

17-07-2024, 07:26           
Bu ərazilərdə qaz olmayacaq
Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Astara XS ərazisində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayonu “Ərcivan”QPS-dən qidalanan Ərçivan qəsəbəsində ŞQTM-800 markalı tənzimləyicinin və diametri 100 mm-lik siyirtmənin quraşdırılması məqsədilə 420 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Eləcə də Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” QPS-dən qidalanan Şilim kəndində qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılmasından ötrü bu gün saat 10:00-dan işlər başa çatanadək Moğonojba, Seyidəkəran, Tütəpeştə, Kənarmeşə, Şilim və Aşağı Nüvədi kəndləri olmaqla ümumilikdə 3000-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru