Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib

Bu gün, 15:27           
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana Belarusdan ət və ət məhsullarından hazırlanan narın və qaba üyütmə un gətirilib.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Belarusdan gətirilən məhsulun miqdarı 42 ton, gömrük dəyəri isə 13,24 min dollar olub.
Məlumat üçün bildirək ki, bir çox ölkənin qida sənayesində heyvan ətindən də un hazırlanır. Bu məhsul ətin qurudulub yağsızlaşdırılmasından sonra çox narın şəkildə üyüdülməsi nəticəsində əldə olunan toz halında maddədir. Bu un əksər hallarda hazır şorbaların və bulyon kublarının tərkibində dadverici kimi istifadə edilir.
Onu da qeyd edək ki, ət əsasında hazırlanan ərzaq unu ilə yanaşı, heyvan yemləri üçün nəzərdə tutulan texniki unlardan da geniş istifadə olunur.
Xatırladaq ki, 2024-cü ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Belarusda ət və sümük unu istehsalı ilə məşğul olan “Qomelskiy belkovo-jirovoy zavodu” (ОАО «Гомельский белково-жировой завод») adlı şirkəti Azərbaycana ixrac həyata keçirməsi üçün qida obyektlərinin təsdiqi reyestrinə daxil edib.
Ət və sümük unu heyvan tullantılarının emalı (üyüdülməsi) nəticəsində əldə olunur. Bu məhsul bitkiçilikdə fosfor gübrəsi kimi istifadə edilir. Eyni zamanda, heyvandarlıqda kalsiumla zəngin yem əlavəsi kimi də tətbiq oluna bilər. Xüsusilə broyler toyuqlarının və ev heyvanlarının (it və pişiklərin) qidalanmasında sümük unundan geniş istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru