SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

Bu gün, 15:06           
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Hörmüz boğazından təhlükəsiz keçid yalnız İranın müəyyən etdiyi marşrutlar üzrə mümkündür.

Bu barədə “Tasnim” İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, bəzi qurumlar İranla razılaşdırmadan və koordinasiya aparmadan boğazda gəmilərin hərəkəti üçün yeni marşrut elan ediblər.

SEPAH vurğulayıb ki, Hörmüz boğazından keçid üçün yeganə rəsmi marşrutlar İranın elan etdiyi marşrutlardır.

“Hörmüz boğazından keçid üçün yeganə icazəli marşrutlar İran İslam Respublikası tərəfindən müəyyən edilmiş marşrutlardır. Bu marşrutlardan kənarda hərəkət son dərəcə təhlükəlidir və qadağandır. Bütün gəmi heyətlərinə xəbərdarlıq edirik ki, elan olunmuş marşrutlardan kənara çıxmasınlar”, – bəyanatda vurğulanıb.

SEPAH həmçinin bildirib ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər Kanal 16 vasitəsilə İran Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirmə aparmalıdır.

“Hörmüz boğazından keçid zamanı SEPAH Hərbi Dəniz Qüvvələri ilə Kanal 16 üzərindən koordinasiya məcburidir. Tələbləri pozan gəmilərlə bağlı tədbir görüləcək”, – bəyanatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru