"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 11:18

"FIDAN BABY" MMC-nin dövlət büdcəsinə böyük miqdarda borcu üzə çıxıb.
32gun.az xəbər verir ki, sözügedən uşaq bağçasının 56 min 718 manat 41 qəpik vergi borcu üzə çıxıb.
Nizamnamə kapitalı cəmi 10 AZN olan şirkətin qanuni təmsilçisi Elmin Elçin oğlu Hacıyevə məxsus digər şirkətlərin də dövlətə külli miqdarda borclu olduğu məlum olub; belə ki, onun rəhbərlik etdiyi "Dənizçi E" MMC-nin 48 min 890 manat 78 qəpik, "Baku Cleaning" MMC-nin isə 14 min 730 manat 70 qəpik vergi borcu var.
"Dənizçi E" MMC və "Baku Cleaning" MMC 2020-ci ildə cəmi dörd ay ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (sədr Rövşən Rzayev) Mənzil İstismar Departamenti ilə ümumi dəyəri 188 min 134 manat təşkil edən satınalma müqavilələri bağlayıb. Bir-biri ilə tamamilə əlaqəsi olmayan abadlıq, dəftərxana ləvazimatları, avadanlıq alışı və təhlükəsizlik kameralarının quraşdırılması kimi fərqli sahələr üzrə tenderlərin qısa müddətdə eyni şəxsə məxsus şirkətlərə verilməsi diqqət çəkmişdi.
Qeyd edək ki, Hər 3 MMC Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, ev 8 ünvanında hüquqi qeydiyyatdadır.

