ABŞ süni intellektlə hazırlanmış yeni nüvə layihəsini sınaqdan keçirdi

Bu gün, 15:38           
ABŞ süni intellektlə hazırlanmış yeni nüvə layihəsini sınaqdan keçirdi
ABŞ Prezidenti Donald Tramp administrasiyası süni intellekt, qabaqcıl superkompüter texnologiyaları və 3D çap imkanlarından istifadə edilməklə nüvə proqramı ilə əlaqəli yeni uçuş aparatının uğurla hazırlanaraq sınaqdan keçirildiyini açıqlayıb.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, "Aires Tide" layihəsi ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) tərəfindən həyata keçirilib.

Aparat nüvə silahlarının uçuş zamanı məruz qaldığı ekstremal temperatur və vibrasiya şəraitinin modelləşdirilməsi üçün nəzərdə tutulub.

NNSA-nın rəhbəri Brendon Uilyams sınaqları mühüm mərhələ kimi qiymətləndirərək onların əhəmiyyətini "Manhetten Layihəsi" ilə müqayisə edib.

Onun sözlərinə görə, yeni texnologiya süni intellektdən istifadə etməklə ABŞ-nin nüvə arsenalının hazırlanması və texniki xidmət proseslərini sürətləndirməyə imkan verəcək.

Bundan əvvəl "Financial Times" qəzeti ABŞ-nin NATO-nun Avropa ölkələrində nüvə silahlarının yerləşdirilməsi coğrafiyasını genişləndirmək imkanlarını araşdırdığını yazmışdı. Söhbət nüvə zərbələri endirmək qabiliyyətinə malik ikitəyinatlı təyyarələrin yerləşdirilməsindən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru