Rütte Trampı təriflədi: "Bu, Trampın trilyonudur"

Bu gün, 16:18           
Rütte Trampı təriflədi:
NATO-nun baş katibi Mark Rütte Ağ Evin Oval kabinetində ABŞ Prezidenti Donald Trampla görüşü zamanı alyansın fəaliyyəti ilə bağlı geniş təqdimat keçirib və Avropa ölkələrinin müdafiə sifarişləri hesabına ABŞ iqtisadiyyatına 1 trilyon dollarlıq fayda gətirildiyini bildirib.

TASS xəbər verir ki, görüş jurnalistlərin iştirakı ilə baş tutub.

"Bu prezidentin nəyə nail olduğunu göstərmək istəyirəm. Bu qrafiklərə baxın. Bu, Trampın trilyonudur. Bu, Tramp 2017-ci ildə vəzifəyə gəldikdən sonra avropalılar və kanadalıların müdafiə sahəsinə yatırdığı vəsaitdir", - deyə Rütte qrafik və cədvəlləri nümayiş etdirərək bildirib.

NATO baş katibinin sözlərinə görə, ümumilikdə Trampın hakimiyyəti dövründə müdafiə sahəsinə əlavə 1.2 trilyon dollar yönəldilib.

Rütte vurğulayıb ki, Avropa ölkələri yüz milyardlarla dollar dəyərində sifarişləri Amerika müdafiə şirkətlərinə verir və bu da ABŞ-də minlərlə yeni iş yerinin yaradılmasına səbəb olur.

"Bu, məhz Trampın trilyonudur", - deyə NATO baş katibi əlavə edib.

O həmçinin amerikalı jurnalistlərə müraciət edərək Trampı "möhtəşəm prezident" adlandırıb və onu ABŞ-nin keçmiş prezidenti Duayt Eyzenhauerlə müqayisə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru