Şirlər, timsahlar və 100 metrlik İsa: oliqarxiya necə düşünür
Dünən, 15:16

Ermənistanla bağlı maraqlı və düşündürücü bir məqalə oxudum.
Bir tərəfdə:
iqtisadi çətinliklər
siyasi gərginlik
seçkilərdə uğursuzluq
Digər tərəfdə isə:
şəxsi zoopark
dəbdəbəli saraylar
və dünyanın ən böyük İsa heykəli planı
Söhbət Gagik Tsarukyan-dan gedir.
Bu işlərin arxasında duran şəxs son parlament seçkilərində 4%-dən az səs toplayıb. Yəni siyasi baxımdan ciddi uğur qazana bilməyib.
Amma başqa sahədə-biznesdə uğur qazanıb:
Şəxsi heyvanxana – gücün nümayişi
Tsarukyanın mülkündə:
pələnglər
şirlər
timsahlar
sərbəst şəkildə saxlanılır.
Bu, sadəcə zənginlik deyil.
Bu, psixologiyadır.
güc göstərmək ehtiyacı
100 metrlik İsa – siyasətin yerini simvolika tutur
Siyasi uğur zəiflədikcə, simvolik layihələr artır. Tsarukyanın planına görə, İsa heykəli Ermənistanın “vizit kartı” olacaq.
Bu artıq dini layihə deyil. Bu, siyasi və imic layihəsidir

Bu model tanışdır
Bu model təkcə Ermənistana xas deyil.
Postsovet məkanında bu tip iş adamı çoxdur.
Azərbaycanda da bu modeli görmək çətin deyil.
dəbdəbəli villalar
bahalı avtomobil kolleksiyaları
şəxsi obyektlər, komplekslər...
Bizim qudurğan oliqarx-məmurlarımız daha hansı əcaib hoqqalardan çıxır? Bildiklərinizi şərh bölümünə yazın. Əminəm ki, son dərəcə maraqlı mənzərə alınacaq...
Elbeyi Hesenli
TEREF

