Dənizdə faciə: Dostların ölüm xəbəri eyni vaxtda gəldi

17-07-2024, 09:18           
Dənizdə faciə: Dostların ölüm xəbəri eyni vaxtda gəldi
Bu gün ölüm xəbəri yayılan tələbə dənizdə boğularaq can veribmiş.
TEREF oxu.az-a istinadla xəbər verir ki, Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi olan Rəsul Nurməmmədli dostu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılovla birlikdə dənizə gedib.
Bir müddət sonra onların hər ikisi dənizdə boğulub.
Dostlar Nardaran qəsəbəsində nəzarətsiz ərazidə çimirlərmiş. Rəsul evin tək uşağı olub və Nardaranda yaşayırmış. Ailəsi də onun boğulduğundan axşam saatlarında xəbər tutub.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru