Qadın işlədiyi salonda qəfil öldü 29-12-2025, 15:44 Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.Hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş