Bakıda arvad ərini bellə döydü

30-12-2025, 12:28           
Bakıda arvad ərini bellə döydü
Bakıda arvad ərini bellə döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Şəki rayonunda qeydiyyatda olmaqla Binə qəsəbəsində yaşayan, 1993-cü il təvəllüdlü Gülər Ağayeva (adı və soyadı şərtidir) yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə G.Ağayeva həyətdəki bellə ərinin baş və sifət nahiyələrinə zərbələr endirib.

Kişinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər, qadın saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib, qadın məsuliyyətdən azad olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru