120 kq yararsız əti satanlar saxlanıldı - FOTO

Dünən, 08:34           
120 kq yararsız əti satanlar saxlanıldı - FOTO
Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobildə 120 kq yararsız ət aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib. Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru