Mahmud Abbas Roma Papası ilə görüşdü

7-11-2025, 10:14           
Mahmud Abbas Roma Papası ilə görüşdü
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Qəzzada mülki əhaliyə yardımın davam etdirilməsinin vacibliyi vurğulanıb. Münaqişəyə son qoyulması üçün iki dövlətli həll perspektivi təcili ehtiyac kimi qeyd olunub.

Səfər çərçivəsində Mahmud Abbasın İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Corciya Meloni ilə görüşləri nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]