Yeni dövrün möcüzəsi başladı. Komissiya yaradıldı, sonra komissiyaya nəzarət üçün İşçi Qrupu yaradıldı.

Bu gün, 08:22           
Yeni dövrün möcüzəsi başladı. Komissiya yaradıldı, sonra komissiyaya nəzarət üçün İşçi Qrupu yaradıldı.
Yəqin yaxın günlərdə İşçi Qrupunun fəaliyyətini izləmək üçün də ayrıca Monitorinq Qrupu yaradılar. Çünki bizdə problem həll olunmaz, strukturlaşar.
Sənəddə o qədər "üzv" var ki, adam elə bilir futbol üzrə dünya çempionatının püşkü atılır. Hər kəs üzvdür, amma qazın özü hələ də düşünür ki, "mən kimə tabeyəm?"
Adlar dəyişir: biri "Qaz Anbarı", biri "Topdansatıcı", biri "Pərakəndə Satıcı", biri də "Qaz Kəmərləri". Sanki problem qazın çatdırılmasında yox, ad seçməkdə imiş. Köhnə qapının üstünə yeni lövhə vuranda hər şey avtomatik müasirləşir axı.
Ən maraqlısı da tarixlərdir. 31 iyula qədər bunu edin, 3 avqusta qədər onu edin, 10 avqusta qədər hesabat verin. Kağız üzərində elə sürət var ki, adam elə bilir "Formula-1" yarışıdır. Reallıqda isə printer mürəkkəbi quruyana qədər proses "strateji mərhələdə" qalır.
Nəticədə vətəndaş yenə eyni sualı verir: "Qaz gələcək?" Cavab isə həmişə hazırdır: "Komissiya baxır, İşçi Qrupu işləyir, sənədlər hazırlanır."
Deməli, qazın ən sabit təzyiqi borularda yox, sənədlərdədir.
Dasqin Abbasov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru