Anna Akopyana qarşı xuliqanlıqla bağlı cinayət işi açıldı

Bu gün, 00:12           
Anna Akopyana qarşı xuliqanlıqla bağlı cinayət işi açıldı
Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

“İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törədilməsi faktı üzrə cinayət işi başlanıb. Qeyd edək ki, zorakılığa açıq çağırışlar edilməsi faktı ilə bağlı başqa bir cinayət işi üzrə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub”, – deyə o bildirib.

Xatırladaq ki, iyulun 28-də Paşinyanın həyat yoldaşı Anna Akopyan “Facebook” səhifəsində məişət zorakılığı mövzusunda paylaşımlar etdikdən sonra ünvanına təhdid xarakterli mesajlar gəldiyini açıqlamışdı.

Bununla yanaşı, yayılan skrinşotlardan görünür ki, şərhlərin müəllifləri təhqiramiz ifadələr işlətsələr də, Akopyanın həyatına birbaşa təhdid səsləndirməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru