Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur

Bu gün, 00:11           
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən "8 №-li Xüsusi Təyinatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bank hesabına həbs qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müəssisənin dizel yanacağına görə 128 062 manat borcu yaranıb.

Borcun ödənilməməsi ilə əlaqədar MMC-nin direktoru Şirinov İsmayıl Əliheybət oğlu barəsində məhkəməyə müraciət olunub.

Məhkəmənin qərarına əsasən, MMC-nin Azərbaycan ərazisində fəaliyyət göstərən bank hesablarındakı pul vəsaitlərinin üzərinə, işçilərin əməkhaqlarının və dövlət büdcəsinə ödənilməli zəruri ödənişlərin (vergi, sosial sığorta və s.) həyata keçirilməsinə məhdudiyyət qoyulmamaq şərti ilə iddia tələbinin əsas borc məbləği olan 128 062 manat həddində həbs qoyulub.

Qərardad dərhal icra olunub.

Qeyd edək ki, İsmayıl Şirinovun atası Əliheybət Şirinov "Aztimont" Açıq Səhmdar Cəmiyyətinin sədridir. O, oğlundan əvvəl "8№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru