UEFA FİFA-nın kommersiya fəaliyyətinin bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq Dünya Kuboku da daxil olmaqla, FİFA-nın təşkil etdiyi bütün turnirləri boykot etmək qərarı qəbul edib. "Bakupost" xəbər verir ki, qərar UEFA-ya üzv olan 55 milli assosiasiyanın dəstəyi ilə verilib. Bildirilib ki, FİFA mübahisəli planından geri çəkilməyəcəyi təqdirdə, UEFA-ya üzv ölkələrin – o cümlədən Azərbaycanın – milli komandaları Dünya Kuboku və digər FİFA turnirlərində iştirak etməyəcək. UEFA bu təşəbbüsün futbolun idarəçiliyinə və idmanın dəyərlərinə zidd olduğunu bəyan edib.