"Real Madrid" gəlirlərdə tarixi rekorda imza atdı

Bu gün, 07:08           
"Real Madrid" gəlirlərdə tarixi rekorda imza atdı
İspaniyanın "Real Madrid" klubu 2025/26 mövsümündə oyunçu satışları nəzərə alınmadan 1,4 milyard dollar gəlir əldə edərək dünya idman tarixində bu həddi keçən ilk idman klubu olub.

Valyuta.az xəbər verir ki, klubun maliyyə hesabatına əsasən, gəlirlərin artımında əsas pay kommersiya fəaliyyətinin olub. Yenilənən Santyaqo Bernabeu stadionundan əldə olunan gəlirlər əvvəlki mövsümlə müqayisədə 11%, marketinq gəlirləri isə yeni tərəfdaşlıqlar və sponsorluq müqavilələri hesabına 6% artıb.

Mövsümün sonunda "Real Madrid"in kapitalı 720 milyon dollar, nağd vəsaiti 96 milyon dollar, xalis borcu isə stadionun yenidənqurma layihəsi üzrə öhdəliklər istisna olmaqla cəmi 10 milyon dollar təşkil edib.

Beləliklə, Madrid təmsilçisi həm idman, həm də maliyyə göstəriciləri baxımından dünya futbolunun ən güclü klublarından biri statusunu daha da möhkəmləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru