Təcili Tehranı tərk etməliyik! - Pezeşkian həyəcan təbili çaldı

8-11-2025, 00:10           
Təcili Tehranı tərk etməliyik! -
İran Prezidenti Məsud Pezeşkian ölkədə dərinləşən su böhranına dair kəskin xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, prezident bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, əgər dekabradək Tehrana kifayət qədər yağış düşməsə, su ehtiyatlarının kəskin azalması səbəbindən əhalinin gündəlik su təchizatında məhdudiyyətlər tətbiq olunmalı olacaq.

“Yağışlar yenə də bərpa olunmazsa, daha dramatik ssenariyə – paytaxtın bəzi hissələrinin təcili boşaldılmasına hazırlıq görmək lazım gələcək. Bu zaman biz artıq Tehran tərk etməli olacağıq”.

Pezeşkianin sözlərinə görə, hökumət vəziyyəti ciddi qəbul edir və suyun qənaətlə istifadəsi, bəndlərin və su infrastrukturlarının monitorinqi, habelə alternativ təchizat mənbələrinin axtarışı üzrə təcili tədbirlər görür.

Prezident əlavə edib ki, vətəndaşlar üçün ilkin prioritet qəhət-yaşayış suyu təminatı olacaq, sənaye və qeyri-vətəndaş tələbatında məhdudiyyətlər tətbiq edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]