Tehran susuz qalıb

9-11-2025, 09:34           
Tehran susuz qalıb
İranda paytaxt Tehranda su qıtlığı səbəbindən əhaliyə su verilişi məhdudlaşdırılıb.
Ajans.az xəbər verir ki, yağışların az olması böhranı dərinləşdirib və vəziyyət kritik həddə çatıb.

İran prezidenti Məsud Pezeşkian dünən açıqlamasında bildirib ki, yağışlar noyabrın üçüncü ongünlüyünə qədər başlamasa, şəhəri evakuasiya etmək lazım gələcək. Onun sözlərinə görə, Tehranın su təchizatında yaranan böhran uzunmüddətli quraqlıq və idarəetmə problemləri ilə bağlıdır.

Tehran Su Təchizatı Şirkətinin baş direktoru Behzad Parsa xəbərdarlıq edib ki, Amir Kəbir su anbarındakı ehtiyatlar iki həftədən də az müddətə çatacaq. Bu anbar paytaxtı içməli su ilə təmin edən beş əsas mənbədən biridir.

Agentliklərin məlumatına görə, Tehranın su təchizatının 30%-i şəhəraltı yeraltı sularla, 70%-i isə ətrafdakı beş su anbarı ilə təmin olunur. Lakin bu anbarlarda su səviyyəsi kəskin azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]