Həyat fəlsəfəsi

8-10-2025, 08:04           
Həyat fəlsəfəsi
Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitcə böyük boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur:
- Banka doludur?
- Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür.
O yenidən tələbələrə üz tutur:
- Banka doludur?
Tələbələr gülür və bankanın dolu olduğunu deyirlər.
Professor qumla dolu qutunu çıxarır və içindəki qumu bankaya tökür. Təbii ki, qum bankadakı boşluqları doldurur.
Bundan sonra professor yenidən tələbələrdən bankanın dolu olub-olmadığını soruşur.
Tələbələr artıq bankanın tam dolduğunu deyir.
- İndi istəyirəm biləsiniz ki, bu, bizim həyatımızdır. Daşlar vacib olan şeylər – ailəniz, dostlarınız, uşaqlarınız, sağlamlığınızdı. Əgər bütün digər şeyləri itirsəniz, həyatınız dolu olaraq qalar. Xırda daşlar həyat üşün əhəmiyyətli olan digər amillər – iş, ev, avtomobildir. Qum – həyatın xırdalıqlarıdı. Əgər siz bankaya əvvəl qumu töksəniz, iri və xırda daşlar üçün yer qalmayacaq...
P..S... Həyatda da belədir. Əgər bütün enerjinizi xırda şeylərə sərf etsəniz, vacib olan şeylərə vaxtınız olmayacaq. Xoşbəxtliyiniz üçün vacib olan amillərə diqqət yetirin. İlk növbədə daşlara qayğı göstərin, prioritetlərinizi müəyyən edin. Qalan şeylər ancaq qumdur...
Isbendiyar Ahadov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru