O sadəcə “mümkünsüz” anlayışını bilmirdi — və buna görə də mümkünsüzü mümkün etdi.
9-10-2025, 10:04

Amerikada Kolumbiya Universitetinin bir tələbəsi riyaziyyat dərsində yuxuya getmişdi.
Dərs bitəndən sonra səs-küyə ayılıb lövhədə iki tapşırıq gördü.
“Evdə baxaram” — deyə düşündü. Amma evdə oturub məsələləri həll etməyə çalışanda başa düşdü ki, bunlar son dərəcə çətin məsələlərdir.
Bununla belə geri çəkilmədi — kitabxanaya getdi, lazımi materiallar tapdı, bütün vaxtını və gücünü bu işə sərf etdi.
Növbəti dərsdə o, təəccüblə gördü ki, professor tapşırıqları yoxlamağa tələsmir. Onda əlini qaldırıb soruşdu:
— Professor, niyə ötən dəfə verdiyiniz məsələləri yoxlamırsınız? Axı onlar məcburi deyildimi?
Professor gülümsəyərək dedi:
— Əzizim, bu heç də ev tapşırığı deyildi. Mən sadəcə sizə indiyədək dünyanın heç bir alimlərinin həll edə bilmədiyi riyazi məsələlərin nümunəsini göstərmişdim.
Tələbə çaşdı və asta səslə dilləndi:
— Amma mən onları həll etmişəm…
Doğrudan da, onun həlləri qəbul olundu. Bu məsələlərlə bağlı yazılmış dörd elmi iş bu gün də universitetdə qorunur — insan ruhunun möcüzəvi gücünə sübut olaraq.
Və bütün bunlar yalnız ona görə mümkün oldu ki, o, dərsdə yuxuya getdiyindən professorun sözlərini eşitməmişdi: “Bu məsələlər həllolunmazdır”.
O sadəcə “mümkünsüz” anlayışını bilmirdi — və buna görə də mümkünsüzü mümkün etdi.
Həqiqət bundadır:
Sizə “bacarmazsan” deyənlərə inanmayın. Başqalarının məhdudiyyətlərinin sizin məhdudiyyətiniz olmasına imkan verməyin. İnsan özünə inansa hər şeyi edə bilər.
Əsas odur ki, daim irəli gedəsiniz, yenidən-yanadan cəhd edəsiniz və heç vaxt təslim olmayasınız.
Джавид Дамирли
TEREF

