ROKFELLER: Aclıq, sözün yaxşı mənasında, daimi olmalıdır - mədədə deyil, ağılda.
10-10-2025, 09:54

Con D.Rokfeller dünyanın ilk dollar milyarderi idi. Rokfeller ilk biznesinin başlanğıc kapitalına 2000 dollar töhfə vermiş, bunun 1200 dollarını atasından borc götürmüşdü. Rokfeller 1937-ci ildə vəfat edəndə, onun sərvəti 1,4 milyard dollar qiymətləndirilirdi. İndiki dollarla bu, 318 milyard dollardır. Müqayisə üçün qeyd edək ki, dünyanın ən varlı adamı, Amazon-un qurucusu Ceff Bezosun sərvəti 149,8 milyard dollardır.
1. Con Rokfellerin çevrəsində mantra kimi hərəkət edən və tez-tez təkrar etdiyi bir ifadəsi var idi:
“Ağıllı yoxsulluq kasıbçılıqdan daha təhlükəlidir”. O, minlərlə insanın aclıqdan deyil, rahatlıqdan yaşamağı dayandırdığını görürdü. - "Yoxsulluq hərəkətə sövq edir, amma ağıllı yoxsulluq insanı yuxuya aparır". - "Ağıllı" dedikdə, o, insanın zahirən əziyyət çəkmədiyi, yeməyinə, sığınacağına və bir az sabitliyə malik olduğu bir vəziyyəti nəzərdə tuturdu və bunun artıq insan üçün qəfəsə çevrildiyini bildirirdi.
2. O, 20 yaşında bankda rahat işə düzələn gənc qonşusunun hekayəsini xatırlayıb deyirdi:
- Yaxşı maaş, ofisdə çay, risk yoxdur. Hamı deyirdi ki, “oğlan ağılla yerləşib”. On beş ildən sonra da həmin adam eyni qorxu ilə eyni kresloda oturmuşdu, işdən çıxarlmaqdan, buraxıb yeni bir işə başlamaqdan qorxurdu. "O, kasıb deyildi, amma ucalmağı dayandırmışdı". Rokfeller deyirdi: - Bu, ağıllı yoxsulluqdur: ağrı olmayanda, həm də yerində sayıb, hərəkət etmədikdə.
3. Rokfeller də 16 yaşında layiqli gəliri olan mühasib olaraq qala bilərdi, lakin o, neft biznesi üçün, ətrafının onun dəli adlandırmasına baxmayaraq, sabitliyi tərk etdi. O dedi: “Rahatlıq zəhərdir”.
O, yavaş-yavaş hərəkət edirdi, amma şübhəsiz." O hesab edirdi ki, aclıq, sözün yaxşı mənasında, daimi olmalıdır - mədədə deyil, ağılda.
4. İntellektual yoxsulluq xüsusilə təhlükəlidir, çünki cəmiyyət onu tərifləyir.
Bu vəziyyətdə olan insanlara "praktik", "etibarlı", "ağıllı" deyilir. Onların qərarları müzakirə olunmur. Ancaq, bu sosial tərifin arxasında çox vaxt risk qorxusu, basdırılmış ambisiyalar və ruhun görünməz qocalması dayanır. Rokfeller deyirdi: "Dilənçi milyarder ola bilər, amma ağıllı yoxsul adam nadir hallarda olur".
5. Rokfeller hesab edirdi ki, bu tələdən qaçmağın yeganə yolu -
diskomfort zonanızı daim genişləndirməkdir.
Yeni bacarıqlar, yeni tanışlıqlar, yeni çağırışlar. O, şəxsən hər il özünü inamlı hiss etmədiyi layihələrə girməyə məcbur edirdi. Gündəliklərində yazıb: “Əgər mən rahatamsa, deməli, mən artıq durğunam”.
Rokfellerin bu strategiyası - imperiya yaratdı.
Esmira ŞÜKÜROVA
TEREF

